İyn
2020
13:13
35
192
6427
Virtual karabakh

ÜST-ün hiyləgər planı və Çinin nüfuzlu kommunistlərlə əlaqələri - VİDEO

5 İyn, 2020
13:13
6427

ÜST-ün hiyləgər planı və Çinin nüfuzlu kommunistlərlə əlaqələri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) öz proqramını müstəqil şəkildə hazırlamadığına və hazırda Çin Kommunist Partiyasının qəddar təzyiqi altında marionetdən başqa bir şey olmadığına dair sübutlara ehtiyacınız varsa, o zaman bir sıra faktlar və arqumentlər gətirəcəyik.

Bu barədə Amerikanın “One America News” (OAN) televiziya kanalının xəbər buraxılışının yayımladığı süjetdə deyilir.

ÜST adları qurumun saytında sadalanan doqquz xoşməramlı səfirindən birinin Pen Liyuan olduğunu həyasızcasına qeyd etmir. Ola bilsin ki, bu adla tanış deyilsiniz. Xoşməramlı səfirlər haqqında qısa məlumatı oxusanız, orada bu xanımın çinli müğənni və xeyirxah qəlbli insan kimi təsvir edildiyini görərsiniz.

Bununla belə, ÜST Pen Liyuanın ÇXR sədri Si Cinpinin həyat yoldaşı olduğunu xatırlatmağı tamamilə unudub. Bəli-bəli, məhz belədir: ÇXR sədrinin xanımı Ümumdünya Səhiyyə Təşkilatının xoşməramlı səfiridir.

Konsentrasiya düşərgələrində müxaliflərin yerləşdirilməsinə nəzarəti həyata keçirən və dissidentlərin yoxa çıxmasında əli olan qəddar bir zalımın həyat yoldaşı kimi Pen Liyuanın ÜST-də iştirakı, eləcə də, onun hər hansı qeydi tamamilə iyrənc görünür.

ÜST-də Pen Liyuanın Çin ordusunda general-mayor kimi yüksək vəzifə tutması və onun hərbi forma geyinərək, meydanda əsgərlər qarşısında çıxış etməsi barədə də heç bir qeydin olmaması gülüncdür.

ÜST-ün saytında Pen Liyuanın ÜST Baş Direktoru Tedros Adan Qebreyesus tərəfindən yenidən vəzifəyə təyin edildiyi də xatırladılmır.

ÜST Çin kommunistlərinin tapşırığı ilə COVID-19 virusu ilə bağlı yalanlar danışıb, Tayvanın koronavirusun insandan insana ötürülməsi ilə əlaqədar xəbərdarlığına məhəl qoymayıb, ÇXR-in yoluxanların sayı barədə yalan məlumatını rəsmiləşdirməyə çalışıb.

ÜST-ün baş direktoru Tedros Adan Qebreyesus fövqəladə vəziyyət elan etməkdən imtina edib, çünki Çin bütün problemlərində ABŞ Prezidenti Donald Trampı günahlandırmaq istəyir.

ÇXR, BMT qurumlarına nəzarəti gücləndirməklə dünya tamaşasında əsas rolu onların marioneti rolunu oynayan Tedros Adhanom Qebreyesusa verir.

ÜST üz üçün qoruyucu maskaları geyinməyə ehtiyac olmadığı haqda bizə yalanlar danışır, çünki qurum bu maskaları tibb işçiləri üçün saxlamaq istəyir. Bu, Çində fərdi qoruyucu vasitələr toplanmağa başlanana qədər davam etdi.

Sözügedən qurum ÇXR ilə yaxınlığına görə ÜST-ü tənqid edən hər kəsin COVID-19-un səbəb olduğu böhranın dərinləşməsinə töhfə verdiyini iddia etdi.

Bütün bu hadisələrdən sonra ÜST ABŞ Prezidenti Trampı (hansı ki, qurumun özünü gizli Çin marioneti kimi apardığı və ÇXR-in təbliğatını yaydığı müddətdə maliyyələşdirməni dayandırıb) qınaya da bilir.

Yenə də, ÜST-ün xoşməramlı səfirlərindən birinin Si Cinpinin həyat yoldaşı olduğunu unutması necə də gülüncdür. Əgər hər hansı siyasətçi hələ də ÜST-ü müdafiə edirsə, Pen Liyuanın şəklini ona göstərin və hər şey öz yerini alacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri