13 
İyn
2020
17:44
199
156
2370
Virtual karabakh

Nataliya Belous: “Vladimir Zelenski SOCAR-ın Ukraynadakı fəaliyyətini alqışlayır”

13 İyn, 2020
17:44
2370

Nataliya Belous: “Vladimir Zelenski SOCAR-ın Ukraynadakı fəaliyyətini alqışlayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Ukraynanın Türk Şurasına (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - red.) müşahidəçi ölkə qismində üzv olması daxil olmaqla, Ukrayna ilə türk dövlətləri arasında daha sıx əməkdaşlığı istisna etmirəm. Macarıstan, yeri gəlmişkən, artıq belə bir status alıb. Ukraynada türkdilli əhali var, buna görə, belə bir addım məntiqli olardı”.

Bu barədə Media.Az-a müsahibəsində ukraynalı politoloq Nataliya Belous deyib. Ekspert məşhur Ukrayna və Krım tatar siyasətçisi Əminə Caparovanın Ukraynanın Xarici İşlər Nazirinin Birinci müavini vəzifəsinə təyin edilməsini şərh edib.

Nataliya Belousun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski həm Ukraynada, həm də xaricdə nüfuzunu gücləndirməyə çalışır: “Məhz buna görə, o, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini Ukrayna İslahatlar Milli Şurasının İcraiyyə Komitəsinin sədri təyin etdi. İndi Ukrayna Xarici İşlər Nazirinin birinci müavini Əminə Caparovadır. Beləliklə, Ukrayna prezidenti Kiyevin Ukraynada yaşayan bütün xalqların nümayəndələrinə qarşı tolerant münasibətini göstərmiş oldu”.

“Xatırladaq ki, Vladimir Zelenski SOCAR şirkətinin Ukraynadakı fəaliyyətini alqışlayır. Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, xarici şirkətlərin cəlb edilməsi, ölkəmizə xarici sərmayələrin qoyulması həmişə müsbət haldır. Əminə Caparovaya gəldikdə isə, qeyd etmək istəyirəm ki, Krım əsilli bir şəxs kimi o, Ukraynanın Xarici İşlər Nazirliyi səviyyəsində müharibənin qurbanı olan ölkələrə dəstək qrupu yaratmaq, GUAM çərçivəsində beynəlxalq əməkdaşlığı genişləndirmək imkanı əldə edəcək.

Bu ölkələrin hər birinin yeni formada qəbul edilməli olduğunu dünyaya göstərmək lazımdır. Ukrayna Azərbaycan və digər türk ölkələri ilə daha çox mədəni və biznes layihələri yaratmalıdır. Ukraynanın coğrafi baxımdan Avropanın mərkəzində yerləşməsi səbəbindən yaxın illərdə dünyanın bir çox ölkəsi ilə, xüsusən də postsovet məkanında sıx əlaqələri bərpa etmək imkanımız var. Əvvəlki hakimiyyət kimi diqqəti yalnız ABŞ və Qərbi Avropaya yönəltməmək lazımdır”, - deyə, Nataliya Belous yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri