26 
İyn
2020
13:08
300
17
3153
Virtual karabakh

Engin Özer: “Türkiyə üçün Mozambik belə Ermənistandan daha önəmlidir” - MÜSAHİBƏ

26 İyn, 2020
13:08
3153

Engin Özer: “Türkiyə üçün Mozambik belə Ermənistandan daha önəmlidir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Ermənistandan qorxur, ermənilərin raket və təyyarələrindən deyil, ayrılmaz hüquqlarından çəkinir ki, bunlara qarşı Rəcəb Tayyip Ərdoğan “artıq yatağan tətbiq edə bilməz”. Belə qəribə bir açıqlama Yerevanın “Lragir” qəzetində dərc edilib.

Nəşr iddia edir ki, Ermənistan bir gün öz hüquqlarını bəyan edəcək. Bundan əlavə, “Sasna Tsrer” erməni partiyasının liderlərindən olan Jirayr Sefilyan Ermənistanın “Ermənistan Respublikasının bütün digər ərazilərini azad edəcəyini” deyib. Türkiyə və Rusiyanı isə beynəlxalq məsuliyyət gözləyir.

Media.Az-a verdiyi müsahibədə türkiyəli politoloq Engin Özer Türkiyənin Ermənistanda maraqlı olmadığını, Ankaranın nə indi, nə bundan sonra onun fərqinə varmayacağını bildirib:

- Türkiyə hazırda Suriyanın şimal hissəsində hərbi əməliyyat keçirir, Ankaranın qorumalı olduğu 900 kilometrdən çox ərazi var. Liviyada hərbi əməliyyat gedir. Yəni Ermənistan prioritet deyil, heç kim Yerevanda nə düşünüldüyü və müzakirə edildiyi ilə maraqlanmır. Üstəlik, koronavirus pandemiyasından sonra Ermənistan iqtisadiyyatının kəskin şəkildə tənəzzül etdiyi məlumdur. Rusiya ona maddi cəhətdən kömək etmək niyyətində deyil. Erməni tərəfinə nə qalır? Yalnız xəyal qurmaq.

Sizə daha aydın deyim: Türkiyə üçün hətta Mozambik belə Ermənistandan daha önəmlidir. Türkiyə, dediyim kimi, Ermənistanla sərhədləri daha 100 il bağlı saxlaya bilər. Bununla yanaşı, anlamaq lazımdır ki, türk xalqının erməni xalqına qarşı heç bir narazılığı yoxdur. Ancaq rəsmi Yerevanla bağlı məsələlər, erməni tərəfinin müzakirə etmək istəmədiyi tarixi məsələlər var.

- Bir neçə gün əvvəl Ermənistanın “Armenpress” agentliyi İsrailin “Jerusalem Post” nəşrinə istinadla Türkiyənin bir neçə il əvvəl Ermənistan və Yunanıstana hücum planları hazırlaması ilə bağlı material dərc etmişdi.

- Bu, sadəcə, gülüncdür. Bəli, bəlkə də belə bir “sənəd” var. Ancaq bu, qərargah təlimlərinə müxtəlif ssenariləri yazmaq üçün ümumi təcrübədir. Eynilə ABŞ-da dünyanın müxtəlif bölgələrində hər il on minlərlə fərqli ssenari təsvir olunur. Amma “sənəd”in özü, əgər belə demək olarsa, “Gülənçilər”dən birinə (2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ardıcılları - red.) qarşı məhkəmədə ortaya çıxıb. Sadəcə, bir kağız parçasını göstərdilər.

- Adı Ara Papyan olan kifayət qədər məşhur erməni tarixçisi və diplomatı var. O, əminliklə 2025-ci ilə qədər Türkiyənin dağılacağını deyib...

- Yəqin ki, Nostradamus da, bolqarıstanlı uzaqgörən Vanqa və digərləri Türkiyənin süqutundan danışıb (gülür). Anlayıram ki, Türkiyənin zəifləməsi və dağılması Ara Papyan üçün xoş olar. Ancaq arzu və reallıq çox vaxt üst-üstə düşmür. Türkiyə ordusu 10-20 il əvvəlkindən onqat güclüdür. Türkiyə iqtisadiyyatı üçün heç bir təhdid yoxdur, ölkə koronavirus pandemiyasından ən az itki ilə çıxacaq. Bəli, turizm səviyyəsində tənəzzül səbəbindən çətinliklər qaçılmazdır. Ancaq bu, o qədər də kritik hal deyil.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri