İyl
2020
15:06
23
97
5781
Virtual karabakh

Marat Səfərov: “Ermənilər, verdiyiniz sifarişi qəbul edin” - Ermənistanda “böyük təmizləmə”

1 İyl, 2020
15:06
5781

Marat Səfərov: “Ermənilər, verdiyiniz sifarişi qəbul edin” - Ermənistanda “böyük təmizləmə”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nikol Paşinyan Ermənistanda “böyük təmizləmə”yə başlayıb. Yerevanın “Past” qəzetinin yazdığına görə, “əvvəlki hökumət”lə hər hansı əlaqəsi olan iki minə yaxın şəxs dövlət qulluğundan qovulacaq. Üstəlik, “nöqtəvi təmizlik” artıq uzun müddətdir ki, davam edir. Bunun nəticəsi kimi, Konstitusiya Məhkəməsinin bir neçə hakimi işdən çıxarıldı. Aprelin 5-də məhz bu məsələ ilə əlaqədar keçirilməli referendum təxirə salındı. Koronavirus bunun qarşısını aldı (yaxud kömək etdi?).

İyunun 30-da üç erməni müxalifət partiyası - “Çiçəklənən Ermənistan”, “Vətən” və “Daşnaksütun” Baş Prokurorluğa müraciət edərək, ölkə rəhbərliyini Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəməkdə və konstitusiya quruluşunu devirməkdə ittiham ediblər. Eyni zamanda, Konstitusiya Məhkəməsi özü üsyan edib. “Sputnik” xəbər verir ki, hakimlər ölkənin parlament tərəfindən qəbul edilən əsas qanuna dəyişikliklərə baxmayaraq, işlərini dayandırmaq niyyətində deyillər. Bəyanatı Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan da daxil olmaqla, yeddi üzvü imzalayıb.

Bundan əvvəl Ermənistan parlamentinin eks-spikeri Halust Saakyanın oğlu Arman Saakyan İstintaq Komitəsi tərəfindən araşdırılan cinayət işində şübhəli kimi məsuliyyətinə cəlb edilib. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyana qarşı cinayət işləri başlanılıb. Robert Koçaryan aylarla həbsxanada qalıb, amma son vaxtlar o, dörd milyon dollar girov müqabilində azadlığa çıxıb və bu hadisə Nikol Paşinyanı özündən çıxarmışdı.

İctimai Televiziyanın rəhbərliyində, hüquq-mühafizə orqanlarında işdən kütləvi qovulmalar baş verdi. Paşinyan Erməni Apostol Kilsəsinin artıq köhnə sistemə sahib olmayacağını bildirərək, “yenisini qurmağı düşünməliyik” deyib.

Media.Az rusiyalı tarixçi və jurnalist Marat Səfərovla Ermənistanda baş verənlər barədə söhbət edib.

- Ermənistan hakimiyyəti baş nazir Nikol Paşinyanın nəzarətindən kənarda qalan Konstitusiya Məhkəməsinin etirazçı hakimlərini başqaları ilə əvəz etdi. İndi Ermənistan KİV-ə görə, əvvəlki hökumətlə əlaqəli 2000 nəfərin dövlət orqanlarından kənarlaşdırılması üçün siyahılar hazırlanır. Bu böyük təmizlənmənin mənası nədir? İntiqam? Öz hakimiyyətini möhkəmləndirməyə çalışmaq?

- Bəli, bu, öz hakimiyyətini gücləndirmək cəhdidir və Robert Koçaryanın girov müqabilində azadlığa çıxmasından sonra müəyyən qisasdır. Daha bir amil var: Ermənistan Nikol Paşinyanın özünün də etiraf etdiyi kimi, koronavirusun öhdəsindən gəlmək iqtidarında deyil. Vəziyyət son dərəcə mürəkkəbdir və buna görə də, cəmiyyətin diqqətinin istiqamətini dəyişmək lazımdır. Bundan əlavə, epidemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər sayəsində bu təmizliyi aparmaq daha asan olacaq. Həmin siyahıya diqqətlə baxılsa, əminliklə deyə bilərəm ki, bunlar aktiv oyunçular deyil, onun hakimiyyətinə təhlükə yaratmırlar. Amma əslində lüstrasiya keçirən insanların siyahısına az əhalisi olan kiçik dövlətin - Ermənistanın əhalisinin əhəmiyyətli hissəsinin dostları, qohumları, tanışları, həmkarları daxildir. Bu, repressiyaların məntiqidir.

Nikol Paşinyan üçün təhlükə onun real fəaliyyətidir və biz COVID-19 pandemiyası başlamazdan əvvəl bu barədə danışmışıq. Mövcud iqtisadi situasiya isə vəziyyəti daha da ağırlaşdırır. Ermənistan üçün ən vacib gəlir mənbələrindən biri olan turizm sektoru faktiki olaraq bağlıdır. Bəzi ölkələrdə maliyyə imkanları məhdud olan diaspor tərəfindən daha az kömək gəlir. Yəni, bu vəziyyətdə “yaxşı olardı” ki, kiçik bir 1937-ci il elan edilsin və təmizlənmə həyata keçirilsin.

Diqqətə çatdırmaq istəyirəm ki, iki il əvvəl Paşinyanın küçə etirazlarını dəstəkləyənlər, onu liberal xadim, az qala Vatslav Havel (çex yazıçısı, dramaturq, dissident, hüquq müdafiəçisi, Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti – red.) hesab edirdilər. İndi isə biz klassik totalitar mübarizə metodlarını görürük, və bu, təkcə Ermənistan üçün deyil, postsovet məkanının bir sıra digər ölkələri üçün də xarakterikdir.

Təkrar edirəm, əgər Ermənistan daha böyük ölkə olsaydı, vəziyyət o qədər də kritik görünməzdi. Ancaq kiçik dövlətdə bu, etiraz əhval-ruhiyyəsi yaradacaq, çünki yuxarıda qeyd etdiyim kimi, həmin 2000 nəfərin çox sayda qohumu və dostları var. Lakin Paşinyan hesab edir ki, epidemiyanı məğlub etmək və iqtisadi vəziyyəti yaxşılaşdırmaq mümkün deyilsə, “kiçik bir qalibiyyət xarakterli repressiyaya” keçməyə dəyər.

- Bəs psixoloji komponentdən danışsaq? Erməni KİV və sosial şəbəkələrə görə, Paşinyanı “məxməri inqilab”dan əvvəl tanıyanlar onun çox dəyişdiyini deyirlər. Məsələn, Sarqsyanın devrilməsindən əvvəl Paşinyanla dost olanlardan birinin dediyinə görə, indi Ermənistan baş naziri Nikol Vovayeviç deyə çağırılmaq istəyir, sadəcə Nikol deyəndə qıcıqlanır...

- Dəyişdiyinə əmin deyiləm və bu, əvvəllər ona xas deyildi. Bu yaşda insanlar az dəyişir. Çox güman ki, küçə etirazları ilə onu hakimiyyətə gətirənlər özləri də aldanmağa şad idilər. Beləliklə, müxalifətçi fəalı, jurnalisti seçdilər. Bəs o kimdir, proqramı nədir? Yalnız əvvəlkini inkar etmək? Yaxşı, onda verdiyiniz sifarişi qəbul edin. 1989-cu ilin Praqasını istədilər, amma tamamilə fərqli bir şey alındı. Bir daha vurğulayıram, Nikol Paşinyanın çox təkamülə uğradığını düşünmürəm. Sadəcə o, resurslar arxasında olduğu zaman onlara öyrəşib. Yəni, atasının adının çəkilməsini istəyə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri