İyl
2020
16:34
891
249
5513
Virtual karabakh

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

2 İyl, 2020
16:34
5513

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya məktub ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli Aleksandr Qriqoryeviç.

Sizi və Sizin şəxsinizdə bütün qardaş Belarus xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları ölkənizin sosial-iqtisadi inkişafında, vətəndaşların rifahının təmin edilməsində yüksək nəticələr qazanılması üçün etibarlı təməl olub.

Azərbaycan və Belarus xalqlarını tarixən formalaşmış dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Sevindirici haldır ki, dövlətlərarası konstruktiv dialoq ildən-ilə daha məzmunlu və dinamik olur.

Əminəm ki, ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, habelə çoxplanlı Azərbaycan-Belarus qarşılıqlı əlaqələrinin sanballı potensialından istifadə edilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Belarus Respublikasına isə firavanlıq və əmin-amanlıq arzu edirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri