11 
İyl
2020
20:31
137
502
8734
Virtual karabakh

Rusiyada ermənilərin Polad Bülbüloğluya qarşı təxribatı baş tutmadı

11 İyl, 2020
20:31
8734

Rusiyada ermənilərin Polad Bülbüloğluya qarşı təxribatı baş tutmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb. Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.

Məlumat üçün bildirək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri