13 
İyl
2020
09:23
385
24
4447
Virtual karabakh

Rusiyalı politoloq: “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır”

13 İyl, 2020
09:23
4447

Rusiyalı politoloq: “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur”.

Bunu Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən bildirib.

“Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar barədə, Yerevan ənənəvi olaraq Bakını aqressiyada günahlandırır. Bakı Yerevanı ittiham edir.

Əgər əlimdə belə imkan olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb, “Kimdir aqressor?” sualına dəqiq cavab tələb edərdim.

Əks halda, Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir.

Demək, onun heç bir faydası yoxdur”, - deyə, rusiyalı politoloq qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri