13 
İyl
2020
12:15
316
24
6005
Virtual karabakh

Qriqori Trofimçuk: “Paşinyan açıq şəkildə müharibəyə təhrik edir”

Ermənistanda 2007-ci ildə qəbul olunmuş, Yerevanda hesab edildiyi kimi, köhnəlmiş sənədin yerini tutacaq yeni Milli təhlükəsizlik strategiyası dərc olunub.

Media.Az “Avrasiya İdeyaları Emalatxanası” Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçukdan qəbul edilmiş strategiyanı şərh etməsini istəyib.

- Sənəddə qeyd olunur ki, prinsiplər arasında ən birincisi öz təhlükəsizliyinin qarantı kimi güclü və firavan Ermənistanın yaradılmasıdır. Bu, hərbçiləri Ermənistanda olan və hətta ölkənin xarici sərhədlərini qoruyan Rusiyadan imtina deməkdirmi?

- Ümumiyyətlə, bu, hər hansı hakimiyyətin qəbul etdiyi və ya yenilədiyi adi, formal sənəddir. Bununla yanaşı, həmin sənəddə dövlətin öz suverenliyini qorumağa hazır olduğunu göstərmək üçün ən müxtəlif istiqamətlərdə müxtəlif siqnallar göndərilir. Sadə dildə desək, burada hər zaman kimisə qorxutmaq məqsədi var. Məhz bu sənədin konkret bəndlərinə gəldikdə isə, güclü və firavan Ermənistanın öz təhlükəsizliyinin qarantı kimi yaradılması yenilikçi bənd deyil, belə bir vəzifə SSRİ-nin dağılmasından sonra həmişə qarşıya qoyulub.

Bu bənd, əlbəttə ki, müdafiə sahəsində Rusiya Federasiyasının yardımından imtina demək anlamına gəlmir. Əks halda, bütün sənədi yenidən yazmaq lazım gələrdi, çünki Rusiya kimi güclü, xarici müdafiənin əsas buferinin olmaması sənədin hətta rəsmi, nomenklatura tonunu və mətnini dəyişərdi. Həm də başa düşmək lazımdır ki, əgər Rusiya qəflətən Ermənistanın müdafiə amili olmağı dayandırsa, o zaman sənədin özündə bu və ya digər narahatlıq doğuran kontekstdə xatırlatma əksini tapardı. Çünki belə vəziyyətdə ölkə özünü Rusiyadan da hansısa şəkildə müdafiə etməli olacaqdı. Ancaq hələlik Nikol Paşinyanın hakimiyyəti buna gəlib çatmayıb.

- İkinci təməl prinsip “erməni dövlətçiliyinin əbədiliyinin” təmin edilməsidir. Bu, ümumiyyətlə, nə deməkdir? Sənəd müəllifləri nəyi nəzərdə tuturlar?

- Erməni dövlətçiliyinin ədəbiliyi də kifayət qədər adi mesajdır. Yeri gəlmişkən, Rusiyada və dünyanın bir çox digər ölkələrində əsas dövlət rəmzlərində analoji tezislər var. Ancaq özlüyündə kağız bəyannamə dövlətin gələcək əsrlərdə davamının zəmanəti ola bilməz. Bir çox dövlətlər və sivilizasiyalar bir zamanlar Yer üzündə olsalar da, sonra birdən-briə əbədi olaraq yox oldular. Buna görə də, keçmiş bir cür, gələcək isə başqadır. Hətta Ermənistanın özü də XXII əsrdə necə olacağını bilmir və baş nazir Paşinyan kimi müvəqqətilərin meydana çıxması isə onsuz da “erməni əbədiliyini” (dırnaqlar bizimdir - red.) öz-özlüyündə sayıq saxlamalıdır. Bu, erməni dövlətçiliyinin əsrlər boyu davam etdirilməsinə əsas təhdidlərindən biridir, çünki belə bir hakimiyyət Qərbyönümlü, qeyri-milli ideoloji standartlara əsaslanır.

- Ermənistanın Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olması barədə digər bir bənd də var. Prinsipcə, anlaşılandır. Bununla yanaşı, Nikol Paşinyan yeni milli təhlükəsizlik strategiyasının qəbul edilməsi kontekstində xüsusi müraciətində qeyd edib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar nəticəsində əldə edilmiş həll yalnız “Ermənistan və Dağlıq Qarabağ vətəndaşları”nın bu cür tənzimlənməyə öz razılığını verəcəyi təqdirdə qəbul edilə və həyata keçirilə bilər. Bu, danışıqlar prosesini pozmağa bənzəyir. Siz nə fikirləşirsiniz?

- Bu formal sənəddə Qarabağ danışıqları prosesində pozuntular axtarmağa ehtiyac yoxdur. Pozmaq üçün formal yox, bütün faktiki, zəruri tədbirlər baş nazir Paşinyan tərəfindən Ermənistana rəhbərlik etdiyi ilk dövrdən, 2018-ci ilin yazından qəbul edilib. Hal-hazırda o, danışıqlar prosesini açıq şəkildə məhv edən bir çox tezis irəli sürüb. Buna görə də, Ermənistanın hansısa əsas sənədlərindəki bəzi formal sözlər vacib deyil, burada vacib olan əməldə baş verənlərdir.

Ancaq bununla yanaşı, sənəddə Ermənistanla Azərbaycan arasında müsbət razılaşmaya doğru irəliləməyə imkan verməyən “şlaqbaum” mövcuddur. Çünki Ermənistan və Qarabağ sakinləri (indiki sakinlər – red.) heç vaxt buna öz razılıqlarını verməyəcəklər. Ermənistanın yeni baş naziri lap əvvəldən danışıqların pozulmasına meyilli idi, buna görə də, baş verənlər istənilən halda, ən azı mənim üçün sürpriz deyil. Bundan əlavə, Azərbaycan açıq şəkildə müharibəyə təhrik olunur və bu, çoxdan bəllidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri