14 
İyl
2020
14:42
37
1225
6754
Virtual karabakh

Peskov: “Moskva Bakı və Yerevan arasında vasitəçi kimi çıxış etməyə hazırdır”

Moskva Bakı və Yerevanı təmkinli olmağa çağırır və vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

“Sputnik”in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

O, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik səylərinə hazır olduğunu təsdiqləyib.

“Biz Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs çərçivəsində öhdəliklərinə əməl etməyə çağırırıq”, - deyə prezidentin mətbuat katibi vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri