14 
İyl
2020
17:35
489
14
1182
Virtual karabakh

XİN: “Moldova münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi son günlər silahlı toqquşmaların baş verdiyi və insan ölümlərinə səbəb olan Azərbaycan-Ermənistan sərhədindəki hadisələri narahatlıqla izləyir.

Oxu.Az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin açıqlamasında ​​qeyd olunub.

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında dayanıqlı siyasi həll yolu tapmağa dəvət edir.

Moldova Respublikası münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri