14 
İyl
2020
22:52
298
286
3927
Virtual karabakh

Məmmədyarov italiyalı həmkarını Bakıya dəvət etdi

14 İyl, 2020
22:52
3927

Məmmədyarov italiyalı həmkarını Bakıya dəvət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 14-də Xarici İşlər naziri Elmar Məmmədyarovla İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio arasında telefon danışığı olub.

XİN Mətbuat xidməti idarəsindən bildirilib ki, E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribatının qarşısının alınması, bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib. O, bölgədəki gərginliyin səbəbinin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib və işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxarılmasının zəruri olduğunu vurğulayıb.

E.Məmmədyarov Ermənistanın son hərbi təxribatı da daxil olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İtaliyanın sərgilədiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman vurğuladığına görə təşəkkürünü ifadə edib.

Söhbət əsnasında nazirlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya həyata keçirilən dövlət səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.

Nazirlər “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyənnamə” ilə tərəflərin bu strateji tərəfdaşlığı çoxölçülü, hərtərəfli formada siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək istəklərini ortaya qoyduqlarını qeyd ediblər.

Tərəflər, həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.

Cənubi Qaz Dəhlizinin müəyyən edilmiş qrafik üzrə fəaliyyəti, eləcə də Azərbaycan-Avropa İttifaqı arasında münasibətləri nazirlər tərəfindən müzakirə olunub.

E.Məmmədyarov pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra italiyalı həmkarını Bakıya səfərə dəvət edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri