30 
İyl
2020
20:41
523
99
7301
Virtual karabakh

Prezident Şəkidə yolun açılışında - YENİLƏNİB + FOTO/VİDEO

30 İyl, 2020
20:41
7301

Prezident Şəkidə yolun açılışında - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, uzunluğu 33 kilometr olan dördüncü texniki dərəcəli bu yol 2 hərəkət zolaqlıdır. Azərbaycan Prezidentinin ötən il imzaladığı müvafiq Sərəncamla yenidən qurulan Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolu 11 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun 17-ci kilometrliyində Əyriçay çayı üzərində uzunluğu 59 metr, qabariti 7,4 metr olan dəmirbeton körpü təmir edilib.

Prezident İlham Əliyevə Şəki rayonunun ərazisində yerləşən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134 kilometrliyindən ayrılan Şirinbulaq avtomobil yolunun tikinti layihəsi barədə də məlumat verilib. Qeyd olunub ki, 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 28,1 kilometrdir.

12:56

İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 33 kilometr olan bu yol iki hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı altı yaşayış məntəqəsini birləşdirir.

Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri