Avq
2020
14:15
299
15
3113
Virtual karabakh

Gürcü politoloq: “Ağılsız işlərlə məşğul olmaqdansa, Ermənistan daxili problemlərini həll etməyə çalışsın”

3 Avq, 2020
14:15
3113

Gürcü politoloq: “Ağılsız işlərlə məşğul olmaqdansa, Ermənistan daxili problemlərini həll etməyə çalışsın”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın 28-ci prezidenti Tomas Vudro Vilsonun arbitraj qərarı, guya ki, Ermənistanın ərazisinin indikindən daha böyük olması və Gürcüstan, Türkiyə, Azərbaycan torpaqlarını əhatə etməsi erməni fəalları həyəcanlandırmaqda davam edir.

Media.Az artıq bir dəfə  “Azad Gürcüstan” Partiyasının lideri Kaxa Kukavanın 22 noyabr tarixində (Vudro Vilson Arbitrajı məhz 1920-ci ilin 22 noyabrında imzalanıb) Ermənistanda dövlət bayramı elan edilməsinin vacibliyini irəli sürən erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyanın açıqlamaları ilə bağlı şərhini dərc edib.

Ara Papyandan başqa, “Sasna Tsrer” ümumerməni partiyasının katibliyinin kordinatoru Varujan Avetisyan da Ermənistanın sərhədlərinin “suveren erməni xalqının iradəsi ilə bərpa ediləcəyinə” əminliyini dilə gətirib.

Ermənistan Milli Demokratik Qütbü təşkilatının nümayəndəsi Arkadi Vardanyan isə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğana fikir verməməyə və Vudro Vilson Arbitrajı sənədinə istinad etməyə dəvət edib. Bundan əlavə, may ayında Ermənistanın paytaxtı Yerevanda Vudro Vilsona abidə ucaltmaq üçün imza toplama kampaniyasına başlanılmışdı.

Niyə Ermənistan Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti nəzərə almayaraq, sərhədlərin yenidən baxılması məsələsini qaldırmağa çalışır?

“Media.Az” gürcü politoloq Arçil Sixarulidzedən vəziyyəti şərh etməyi xahiş edib.  

- Əgər belə bir fikir həqiqətən də ifadə olunursa (Ermənistanda – red.), bu, ilk növbədə Ermənistanın uğursuzluqları və problemləri ilə əlaqədardır. Ermənistanda Nikol Paşinyanın rəhbərliyi altında təkamül yolu ilə siyasi dəyişikliklər olacağına ümidlər özünü doğrultmadı. Ermənistan vətəndaşları N.Paşinyanın rəhbərliyi dövründə irəliləyiş olacağına inanırdılar, amma bu baş vermədi. Bir çoxları Mixail Saakaşvilinin dövründə olduğu kimi, “gürcü ssenarisi”nin həyata keçəcəyini düşünürdülər. Buna görə də, hazırda Ermənistanda bugünkü reallıqlarla heç bir əlaqəsi olmayan məsələlər qaldırılır. Hamımızın indi öz problemləri var, misal üçün, koronavirusu götürək. Yeri gəlmişkən, ABŞ-da Vudro Vilsonun mirası da daxil olmaqla, tarixə total yenidən baxılma prosesi gedir.

- Ermənistanda aktiv şəkildə müzakirə olunan beynəlxalq məhkəməyə müraciət etmək ideyası barədə nə düşünürsünüz?

- Belə bir iddianın qəbul olunacağına şübhə edirəm. Dünyada baş verən hadisələrin fonunda sərhədlərin yenidən baxılması qeyri-mümkündür. Kimin daha bir böyük xaosa ehtiyacı var? Ümid edirəm ki, N.Paşinyan bunu başa düşəcək və həmin addımı atmağa razılaşmayacaq. O, Cənubi Qafqazda ikinci Saakaşvili imicini qorumağa çalışır. Beynəlxalq məhkəməyə edilən müraciəti dəstəkləyən insanlar isə dövlətlərinin inkişafı barədə düşünsələr, pandemiya və iqtisadi tənəzzül problemlərini həll etməyə çalışsalar, daha yaxşı olar.

Xülasə edərək deyim ki, bu fikir (sərhədlərin yenidən baxılması - red.) ilk növbədə Ermənistan üçün səmərəsizdir. Bunun səbəbini hamı çox yaxşı başa düşür.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri