Avq
2020
14:48
562
23
2148
Virtual karabakh

“Ermənistan ordusunda koronavirusa yoluxma halları sürətli şəkildə artır” - ŞƏRH

4 Avq, 2020
14:48
2148

“Ermənistan ordusunda koronavirusa yoluxma halları sürətli şəkildə artır” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan ordusunun şəxsi heyətində sürətli şəkildə koronavirusa yoluxma halları artmaqdadır. Orduda acınacaqlı durum, əsgərlərin koronavirusa yoluxmasının geniş yayılması ölkədə ciddi narahatlıq yaradıb.

Ermənistandakı vəziyyəti şərh edən millət vəkili Aydın Mirzəzadə Yeniçağ.az-a bildirib ki, bu hal Ermənistan ordusunun zəifləməsinə təsir edəcək.

“Ermənistan ordusunun bir çox problemləri var. Onların içərisində ordunun az maliyyəşməsi, müasir silahların olmaması, eyni zamanda, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərin olması kimi kifayət qədər səbəblər var.

Ermənistan ordusunda koronavirusa yoluxma hallarının sürətlə yayılmasının da ordunun zəifləməsinə müəyyən təsirləri var. Hər milyon nəfərə düşən xəstə sayına görə Ermənistan ön sıralardadır.

Orduya gəlincə, ordunun tərkibi hər üç aydan bir dəyişir və istər-istəməz cəmiyyətdə olan problemlər və xəstəliklər orduda da özünü göstərir. Əgər Ermənistan cəmiyyətində bu gün koronavirus xəstəliyi sürətlə yayılırsa, əlbəttə ki, bunun Ermənistan ordusuna da ciddi təsirləri olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri