Avq
2020
18:42
53
534
2279
Virtual karabakh

Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər

4 Avq, 2020
18:42
2279

Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-də Minskə səfər edəcəklər.

Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlardan Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Millət vəkilləri seçkilər öncəsi vəziyyətlə tanış olacaq, səsvermənin gedişatını müşahidə edəcəklər.

Yekunda prezident seçkilərinə dair rəy veriləcək.

Səfər avqustun 11-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri