11 
Avq
2020
15:38
354
26
2336
Virtual karabakh

Çavuşoğlu Tovuzda baş vermiş gərginlikdən danışdı

11 Avq, 2020
15:38
2336

Çavuşoğlu Tovuzda baş vermiş gərginlikdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“12 iyulda Ermənistan qardaş Azərbaycana hücum etdi. Türkiyə Cümhuriyyəti olaraq o gün nə söylədiksə, bu gün də eyni şeyləri söyləyirik. Bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”.

“Hürriyet”in məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu problemin səbəbi nədir? Ermənistan illərdir Azərbaycan torpaqlarının 20 faizini işğal edir. Bu günə qədər bütün qərarlara, BMT, Avropa Şurası kimi qurumların qərarlarına baxmayaraq, Ermənistan bu problemin həllinə yaxın durmayıb.

Bu hücumlarla etibarlı ortaq olmadığını bütün dünyaya göstərmişdir. Ortada çox dəqiq qərarlar var. Bəs bu qərarlara baxmayaraq problem niyə həll edilmədi? Bunun səbəbi başda Minsk Qrupu olmaqla beynəlxalq ictimaiyyətin səmimi səy göstərməməsidir.

Bu problemin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyət və xüsusən də Minsk Qrupu səmimi şəkildə səy göstərməlidir. Bu işlər diplomatiya yolu ilə həll edilməlidir. Ancaq qardaş Azərbaycan da hansı həll yolunu seçərsə yanında olacağıq”, - deyə Çavuşoğlu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri