15 
Sen
2020
13:38
23
149
1533
Virtual karabakh

Rusiyalı ekspert: “İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlar”

15 Sen, 2020
13:38
1533

Rusiyalı ekspert: “İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan müxtəlif istiqamətdə “qaynamağa” davam edir.

Ölkədə “Rusiyaya qayıtmaq istəyirəm” şüarı altında keçirilən aksiyalarda Ermənistanda dolanışıqlarını itirmiş əmək miqrantları da iştirak edir.

Onları Rusiya əleyhinə olan qüvvələr sərt tənqid edir.

Misal üçün, “Hamatext” onlayn almanaxının baş redaktoru Karen Agekyan yazır: “Bu maykalar, bu şüarlar haradan ortaya çıxdı? Perspektivdə Rusiya ermənilərindən Ermənistan üçün nə qədər bədbəxtlik gözlənilir”.

Eyni zamanda, Soros Fondunun Ermənistandakı fəaliyyətindən və Baş nazir Nikol Paşinyanın ətrafında Qərbdən qrant alan nümayəndələrin çoxalmasından qəzəblənən insanların azsaylı etirazları keçirilir.

Ermənistan Milli Demokratik Qütbü təşkilatının nümayəndəsi Arkadi Vardanyan erməni “inqilabi hökumətini” öz qabiliyyətsizliyi, primitiv yalanları və aşağı səviyyəli populizminin toruna dolaşmaqda ittiham edərək, Ermənistanda “dəlisov və düşüncəsiz təkhakimiyyətlilik” qurmaq cəhdlərinə son qoymağa çağırıb.

Tannmış rusiyalı siyasi xadim Sergey Strokan Media.Az üçün verdiyi qısa şərhində qeyd edib ki, hazırda biz ermənilərin hələ də inkişafda keyfiyyətli sıçrayış yaratmayan, köhnə və yeni elita arasında konflikti gərginləşdirən “maydan layihəsi”nin boğulduğu vəziyyəti müşahidə edirik.

Öz növbəsində Rusiya Siyasi İnformasiyalar Mərkəzinin aparıcı mütəxəssisi Vladimir Salyayev Media.Az-a verdiyi müsahibədə Ermənistandakı bugünkü qeyri-sabitliyin xarakterik xüsusiyyətlərinə diqqət çəkdi.

Ermənistanda nə gözlənilir? Yeni inqilab yoxsa əks çevriliş?

Mən bu etirazların səbəbləri ilə bağlı öz fikirlərimi bölüşüm. Rusiyanın maliyyə imkanları müxtəlif səbəblərdən azalır. Bu COVID-19, özünütəcridetmə, karbohidrogen qiymətlərinin aşağı enməsi ilə əlaqədardır. Müvafiq olaraq başqa ölkələrə kömək də azalır. Ayrı bir mövzu isə əmək miqrantlarıdır. Ermənistanda çoxlu iqtisadi problemlər var, Rusiyada isə iş azalmaqdadır. Üstəlik qazanc dalınca getməklə əlaqədar olan çətinliklər.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda iqtisadi problemlər həll olunmadı. Sadəcə simalar dəyişdi. Nəticədə, hazırkı Ermənistan hakimiyyəti yeni xarici cağrışlar axtamağa çalışır. Buna görə də kənardan Ermənistanda anti-Rusiya ritorikasının səslənməsi nəzərə çarpır. Rusiya telekanallarının açıq yayımının qadağan edilməsi bu siyasətin elementlərindən biridir. Hərçənd mən bunun mənasını görmürəm. Kimsə bəyənirsə izləyəcək, bəyənmirsə izləməyəcək. Hər bir insan Rusiya yayım şəbəkəsində anti-erməni təbliğatının olub-olmaması barədə özü qərar verə bilər. Ancaq İrəvanda xarici düşmən amili (Rusiya timsalında) istismar olunur. Qeyd etdiyim məsələ trenddədir və heç kim, həmən o Avropa İttifaqı da buna görə Ermənistanı qınamayacaq, bəlkə əksinə, kömək də edəcəklər.  

Siz Ermənistanda xaotik Broun hərəkatının baş verdiyini və buraya döyüş ritorikasının da əlavə olunduğunu hiss edirsinizmi? Belə vəziyyətdə hərbi qarşıdurma mümkündür?

İrəvan Bakı ilə birbaşa silahlı qarşıdurmaya getməyəcək, axı belə olan halda son resurslarını sərf etməli olacaq. Ancaq dediyim kimi, Ermənistanda iqtisadi vəziyyət çətindir, sərhədlər bağlıdır, iş yoxdur. İnsanları hansısa fikirlə məşğul etmək lazımdır. Düşünürəm ki, Ermənistan Rusiyanın, Avropa Birliyinin və qismən ABŞ-ın maraqlarına faydalı olmağa çalışacaq. Əlbəttə ki, yuxarıda qeyd etdiyim kimi İrəvan Rusiyaya qarşı dost olmayan addımlar atır. Bu şərtlər daxilində, xüsusən, Bakını dəstəkləyən Ankara faktorunu nəzərə alaraq Azərbaycanla birbaşa qarşıdurma girmək, düşünürəm ki, Ermənistanın səhvi olacaq. Ümid edirəm ki, İrəvan Azərbaycanla dialoq qurmağın və Rusiya ilə münasibətləri inkişaf etdirməyin vacibliyini anlayacaq...

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri