15 
Sen
2020
16:33
30
477
4646
Virtual karabakh

Səfir İran üzərindən Ermənistana silah daşınmasına münasibət bildirdi

15 Sen, 2020
16:33
4646

Səfir İran üzərindən Ermənistana silah daşınmasına münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-İran münasibətləri dünən yaranmayıb ki, onu dezinformasiya ilə korlamaq mümkün olsun.

“Report” xəbər verir ki, bu sözləri jurnalistlərin Rusiyanın İran ərazisindən istifadə etməklə Ermənistana silah göndərməsi ilə bağlı məsələyə münasibət bildirən İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi deyib.

“Bizim bölgədəki məsələlərə dair mövqeyimiz aydındır. Azərbaycanla əlaqələrimizin inkişafına maneə yoxdur. Biz Ermənistanla adi qonşuluq münasibətlərinə malikik. İran heç vaxt qonşu, dost və müsəlman Azərbaycana qarşı hər hansı işlərin qarışdırılmasına yol verməz. Mən şəxsən İranda olarkən bu sualı aydınlaşdırmışam. Biz Azərbaycana qarşı İran üzərindən Ermənistana silah tədarükünü inkar edirik. Bizə verilən məlumata görə və Rusiya Müdafiə Nazirliyinin rəhbərinin dediyi kimi söhbət hansısa inşaat materiallarının çatdırmasından gedib”, - deyə Seyid Abbas Musəvi söyləyib.

İranın Azərbaycana yeni təyin olunmuş səfiri qeyd edib ki, adətən təxribat xarakteri daşıyan oxşar informasiyalara xüsusi ehtiyatlılıqla yanaşmaq lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri