18 
Sen
2020
16:57
62
50
3079
Virtual karabakh

Azərbaycanda illərdir formalaşan ənənənin hüquq dilində bəyanı – ŞƏRH

Azərbaycan Konstitusiyası ölkədə yaşayan hər bir vətəndaşa vicdan azadlığı tanıyır.

Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.

Ana qanunda yazılanlar Azərbaycanda illərdir formalaşan tolerant ənənələrin, dini ayrı-seçkiliyə yol verilməsinə qarşı olan düşüncə tərzinin hüquq dilində bəyanıdır.

Azərbaycanda tolerantlıq ənənələrinin tarixi qədim dövrlərə gedib çıxır, bu ərazidə müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb.

Azərbaycan nifrət və dini ayrı-seçkiliyin mövcud olmadığı nadir məkanlardan biridir.

Birgəyaşayışın içərisində Azərbaycan xalqı və ölkədə yaşayan digər xalqlar öz milli xüsusiyyətlərini, dini ənənələrini qoruyub saxlayıblar, çünki onlara seçdikləri vicdan azadlıqlarına görə heç zaman basqı olmayıb.

Azərbaycan dövləti bu gün də bütün etnik azlıqların mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.

Azərbaycan böyük dini tədbirlərin, sivilizasiyalar və mədəniyyətlərarası dialoq mühiti üçün ən etibarlı məkan statusu qazanıb.

Elə buna görə, Bakı Dünya Dini Liderlərinin Zirvə Görüşlərinə, sivilizasiyalar və mədəniyyətlərarası dialoq forumlarına və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edir.

Tolerantlıq, multikultural dəyərlər sabitliyin təmin olunmasında mühüm amildir. Tolerantlıq və sabitlik – bu bir-birini tamamlayan sistemdir. Bu sistemi formalaşdıran ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin bir-birinə qarşılıqlı hörməti və dövlətin praqmatik siyasətidir.

Hazırda Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-si İslam, 35-i isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.
Ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.
Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

748 pir və ziyarətgah fəaliyyət göstərir ki, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri