22 
Sen
2020
09:18
52
66
963
Virtual karabakh

Braziliya tələbələri Dağlıq Qarabağ münaqişəsinin tarixi və həll yolları ilə tanış olub - FOTO

22 Sen, 2020
09:18
963

Braziliya tələbələri Dağlıq Qarabağ münaqişəsinin tarixi və həll yolları ilə tanış olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxov və braziliyalı professor Joao Xavier bu ölkənin ali təhsil ocağı olan UNİNTER Beynəlxalq universitet mərkəzinin, İctimai idarəetmə, siyasət, hüquq və təhlükəsizlik kollecinin, beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr tələbələr üçün “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” mövzusunda mühazirə oxuyub. 

Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə, mühazirə çərçivəsində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun nəticələri, münaqişənin həlli üçün beynəlxalq hüquq bazasının əsasları və aparılan danışıqların formatı, məsələyə aid BMT və digər təşkilatların qəbul etdiyi qərar və qətnamələr, Xocalı soyqırımı, son zamanlar Ermənistan rəhbərliyinin artan aqressiv ritorikası, işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni məskunlaşma və digər məsələlərə aid iştirakçılara geniş məlumat verilib. 

Səfir E.Poluxov 12 iyul tarixində Tovuz regionda baş vermiş döyüşlər, bir sıra ölkə və beynəlxalq təşkilatların o cümlədən Braziliya Konqresi və Senatının üzvlərinin Azərbaycanın haqlı mövqeyinə verdikləri dəstək, ölkə rəhbərliyinin münaqişənin tez bir zamanda həlli üçün qəti mövqeyi barədə danışıb.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Joao Xaviyer Braziliyada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşan mütəxəssisdir və sonuncu dəfə 2019-cu ildə XİN Beynəlxalq Yardım Agentliyi (AİDA) vasitəsi ilə Bakıda bir neçə ay ərzində tədqiqatlar aparıb.

             

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri