23 
Sen
2020
14:47
189
25
2248
Virtual karabakh

Vadim Truxaçev: “Paşinyan və ətrafının davranışı kənardan idarə olunur” - MÜSAHİBƏ

23 Sen, 2020
14:47
2248

Vadim Truxaçev: “Paşinyan və ətrafının davranışı kənardan idarə olunur” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

Bu açıqlama ilə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan çıxış edib.

Ermənistan Xarici İşlər naziri İrəvanın sülh danışıqları prosesini davam etdirmək əzminin heç vaxt azalmadığını qeyd edib.

Aydındır ki, yumşaq desək, Zöhrab Mnatsakanyan hiylə işlədir. Axı məhz erməni tərəfi faktiki olaraq danışıqlar prosesinin dayandırılmasına getdi, baxmayaraq ki, təkcə Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyil, həm də Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Madrid prinsipləri”nə əsaslanan planın mövcudluğundan danışmışdı.

Üstəlik, dünən Qarabağ separatçılarının lideri Arayik Arutyunyan, Madrid sənədinin birmənalı şəkildə qəbuledilməz olduğunu (o, bununla prinsiplərin mövcudluğunu qəbul edir) bildirdi.

Media.Az hazırkı situasiyanı şərh etmək üçün politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Vadim Truxaçevə müraciət edib.

- Sizcə, niyə erməni tərəfi “Madrid prinsipləri”nin mövcudluğunu tanımır və ya onların qəbuledilməz olduğunu bəyan edir? Rusiya Xarici İşlər naziri uzun illər danışıqların bu plan ətrafında aparıldığını açıq şəkildə qeyd etdi, Robert Koçaryan isə onun mövcudluğunu təsdiqlədi.

- Mənim cavabım daha çox indiki Ermənistan rəhbərliyinin arxasında kimlərin dayandığına dair olacaq. Belə hiss olunur ki, Nikol Paşinyan və onun ətrafının davranışı böyük ölçüdə kənardan idarə edilir.

ABŞ-ın dünyadakı ən böyük səfirliklərindən biri İrəvanda yerləşir. Bəzi ABŞ və Avropa dairələrinin məqsədi Zaqafqaziyadakı vəziyyəti qarışdırmaq, sonra isə oraya soxulmaqdır.

Bunun üçün hansı prinsiplər əsasında davranmaq və kimlərdən vasitə kimi istifadə etmək ayrı söhbətin mövzusudur. N.Paşinyan hakimiyyətə gəldi və Rusiya ilə Ermənistan arasındakı münasibətlər soyudu.

Bu məsələ aktiv istifadə olunur. Bu oyunda Azərbaycan-Ermənistan münaqişəsi digər məqsədlərə “qurban” verilə biləcək məsələ rolundadır.

- Bəs Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan sülh nizamlanmasına dair danışıqlara hazır olduqlarına dair açıqlaması ilə “Madrid prinsipləri”nin tamamilə inkar edilməsi barədə digər bəyanatları necə bir araya sığışdırmaq olar?

- Əgər Robert Koçaryan belə planın olduğunu söyləyirsə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bu barədə danışırsa, Ermənistan rəhbərliyinin R.Koçaryan və Rusiyaya olan münasibətə görə belə bir sənədin olmadığını deməsi təbiidir.

Soros Fondu və digər oxşar təşkilatlar tərəfindən bəslənilən dairələr belə düşünür, danışır. Ermənistan rəhbərliyində bu cür insanlar çoxdur, onlar Ermənistanın həqiqi maraqlarını düşünmədən bu ölkənin siyasətini müəyyənləşdirirlər.

Bundan əlavə, bu insanların bir qisminin etnik erməni olmasına baxmayaraq, onlar Ermənistanda doğulmayıblar.

Beləliklə, təkrar edirəm, bütün bunların dirijorluğu kənardakı dairələr tərəfindən həyata keçirilir. Ermənistan rəhbərliyi situasiyanı gərginləşdirmək və bölgəyə nəzarət ələ keçirmək məqsədilə taran kimi istifadə olunur.

- Ancaq danışıqlar olmazsa, tərəflərin müzakirə edəcəyi bir məsələ yoxdursa, o zaman münaqişənin isti fazaya keçmək təhlükəsi artır. Bu ki aydındır...

- Bu, aydındır. Rusiyada da hadisələrin belə inkişafını istəməzdilər. Ancaq burada maraqlı tərəfin prinsipi sadədir - nə qədər pis olsa, bir o qədər yaxşıdır. Bax, bu qədər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri