23 
Sen
2020
16:32
203
124
882
Virtual karabakh

İsrailli mer müavini: “Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir”

23 Sen, 2020
16:32
882

İsrailli mer müavini: “Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müxtəlif ölkələrə və müxtəlif etnoslara tolerant münasibət Azərbaycanda çox yüksək qiymətləndirilir.

Bunu Trend-ə İsrailin Miqdal-Emek şəhərinin mer müavini Sergey Oklander deyib.

O bildirib ki, israilli repatriantlarla iş ilə əlaqədar Azərbaycandan gələnlərlə yaxşı tanışdır. Onlar hər zaman sıx, yaxşı inkişaf etmiş millətlərarası, dinlərarası münasibətlər barədə xoş xatirələr paylaşır.

S.Oklander vurğulayıb ki, Azərbaycan tolerantlıq nümunəsidir:

“Artıq yeni nəsildən olan insanların son 30 il ərzində rus dilində sərbəst danışa bilmələri onu göstərir ki, Azərbaycanda müxtəlif ölkələrə və müxtəlif etnoslara tolerant münasibət çox yüksək qiymətləndirilir”.

O əlavə edib ki, Azərbaycanda tolerantlıq baxımından yaranmış mühit, heç kimin bir-birinin etnik mənşəyi ilə maraqlanmaması çox şey ifadə edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri