24 
Sen
2020
16:13
273
61
1826
Virtual karabakh

Ceyhun Bayramov Gürcüstanın baş naziri ilə görüşdü - YENİLƏNİB

24 Sen, 2020
16:13
1826

Ceyhun Bayramov Gürcüstanın baş naziri ilə görüşdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramovun Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşünə dair məlumat yayıb.

Görüşdə tərəflər Azərbaycan-Gürcüstan yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərinin bir çox aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Gürcüstan Baş naziri Azərbaycan Respublikasının Prezidentini cari ilin 19 sentyabr tarixində çıxışı zamanı Gürcüstan ilə bağlı söylədiklərini minnətdarlıq ilə qeyd edərək, bu çıxışın Gürcüstan ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul edildiyini qeyd edib.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstan Baş nazirinin diqqətinə çatdırıb. Mehriban qonşuluq və dostluq mümasibətlərinə əsaslanan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrimizin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Tərəflər birgə həyata keçirilən irimiqyaslı regional layihələr, o cümlədən enerji, nəqliyyat sahəsində layihələrin nəinki iki ölkə, həmçinin bölgə üçün əhəmiyyətini qeyd ediblər. Bu xüsusda yeni layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında mövcud tranzit imkanlarının gələcəkdə daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə çərçivəsində iki ölkənin qarşılıqlı əməkdaşlıq münasibətlərinin, xüsusilə daşımaların maneəsiz davam etdirildiyi xüsusilə vurğulanıb.

Tərəflər, həmçinin humanitar, mədəniyyət, ekologiya və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13:28

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşü keçirilir.

APA-nın xəbərinə görə, görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, C.Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri