25 
Sen
2020
13:06
52
25
1183
Virtual karabakh

Deputat bosniyalı həmkarlarına müraciət etdi

25 Sen, 2020
13:06
1183

Deputat bosniyalı həmkarlarına müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Məzahir Əfəndiyev həmin ölkənin parlamentinə müraciət ünvanlayıb.

Bu barədə Oxu.Az-a M.Əfəndiyev özü məlumat verib.  

Müraciətdə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki son qanunsuz hərəkətlərinə, eləcə də, alovlandırıcı ritorikasına diqqət yönəldilib.

Bildirilib ki, Azərbaycanın BMT Baş katibinin qlobal atəşkəs çağırışına dəstəyini genişləndirdiyi bir vaxtda Ermənistan tərəfi yenidən təxribata əl atıb.

Məktubda Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycan Ordusunun hərbi qulluqçularına və mülki şəxslərə qarşı törətdiyi təcavüz aktı öz əksini tapıb.

“Həmçinin, Ermənistanın son dərəcə təxribat xarakterli bəyanatlarının davam etdiyi, Azərbaycanın ikinci ən böyük yaşayış məntəqəsi olan Gəncə şəhərinə və Mingəçevir su elektrik stansiyası kimi strateji mülki infrastruktura zərbə vurmaqla bağlı hədə xarakterli son açıqlamaları da qeyd olunub”, - deyə M.Əfəndiyev bildirib.

Deputat Ermənistanın Dağlıq Qarabağda son 30 ildə tətbiq etdiyi demoqrafik siyasətindən də bəhs edib.

Bu məqsədlə müraciətdə Livandan olan erməni qaçqınlarının məqsədli şəkildə işğal altındakı ərazilərdə yerləşdirilməsini və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını xüsusi vurğulayıb.

M.Əfəndiyev həmkarlarını Ermənistanı işğal olunmuş ərazilərimizin fiziki, mədəni və demoqrafik xarakterini dəyişdirməyə yönəlmiş fəaliyyətə son qoymaq üçün inandırmağa çağırıb.  

Həmçinin, həmkarlarını beynəlxalq hüququn norma və prinsiplərinə qeyd-şərtsiz əməl olunaraq, təxribatçı Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasına əməli töhfə verməyə səsləyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri