27 
Sen
2020
18:16
1502
53
6076
Virtual karabakh

Zakir Həsənov türkiyəli həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə etdi

27 Sen, 2020
18:16
6076

Zakir Həsənov türkiyəli həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə naziri Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hülusi Akar arasında telefon danışığı olub.

“Haber Global” məlumat verir ki, Ermənistan qüvvələrinin Azərbaycanın mülki yaşayış ərazilərinə hücumlarını qınayan Akar Türkiyənin hər zaman azərbaycanlı qardaşlarının yanında olduğunu vurğulayıb.

Türkiyəli nazir cəbhədəki son vəziyyət barədə məlumat alıb və şəhid olan azərbaycanlı qardaşlarına rəhmət, yaralananlara isə şəfa diləyib.

“Ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlarımızla Azərbaycan türkü olan qardaşlarımızın yanında olacağıq”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri