27 
Sen
2020
19:38
738
97
5997
Virtual karabakh

Hikmət Hacıyev: “Ermənistan silahlı qüvvələri atəş nöqtələrini yaşayış məskənlərinə yaxın yerləşdiriblər”

27 Sen, 2020
19:38
5997

Hikmət Hacıyev: “Ermənistan silahlı qüvvələri atəş nöqtələrini yaşayış məskənlərinə yaxın yerləşdiriblər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Müdafiə Nazirliyinin də açıqlamasında qeyd edildiyi kimi ordumuz Cenevrə konvensiyasının və beynəlxalq hüququn tələblərini nəzərə alır”.

Oxu.Az müxbiri xəbər verir ki, bu açıqlamaları Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat konfransında verib.

H.Hacıyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri hədəflərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi prosesində legitim formalara riayət edir ki, bu da beynəlxalq hüquqa tam uyğundur:

“Maksimum dərəcədə sivil hədəflərə qarşı diqqətli, onların zərər görməməsi üçün hərəkət edirlər.

Ermənistan silahlı qüvvələri isə həmişə olduğu kimi, özlərinin atəş nöqtələrini yaşayış məskənlərinin yaxınlığında yerləşdiriblər. Onlar mülki obyektləri də mümkün qədər hədəfə çevirməyə cəhd edirlər. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn tələblərindən irəli gələn, Cenevrə konvensiyalarının nəzərdə tutulmuş müddəaları əsasında öz fəaliyyətini həyata keçirməkdədir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri