27 
Sen
2020
20:28
200
3665
7979
Virtual karabakh

Zərif: “İran Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlarda vasitəçilik etməyə hazırdır”

27 Sen, 2020
20:28
7979

Zərif: “İran Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlarda vasitəçilik etməyə hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlarda vasitəçilik etməyə hazırdır”.

Bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, İran Dağlıq Qarabağda baş verən narahatlıq doğuran hadisələri diqqətlə izləyir.

“Biz dərhal bütün toqquşmalara son qoymağa və fikir ayrılıqlarını aradan qaldırmaq üçün dialoqa başlamağa çağırırıq. Qonşularımız bizim prioritetimizdir və biz danışıqlar üçün yaxşı platforma təşkil etməyə hazırıq. Bizim regionumuza sülh lazımdır”, - deyə C.Zərif bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri