28 
Sen
2020
12:56
1095
79
12788
Virtual karabakh

İndi Ermənistan KTMT-nin köməyinə güvənə bilməz - Gürcüstan və Rusiyadan olan mütəxəssislər

Tanınmış rusiyalı ictimai xadim, jurnalist və teleaparıcı Maksim Şevçenko “Youtube”dakı videobloqunda bildirib ki, əldə etdiyi məlumata əsasən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsi ilə Rusiyaya kömək üçün müraciət edib. Lakin döyüşlərin Ermənistan ərazisində deyil, Azərbaycanın ərazisində aparıldığı ilə əlaqədar Moskva bundan imtina edib.

Ermənistan KTMT-nin dəstəyinə güvənə bilərmi? Və o, hansı döyüş taktikasından istifadə edir?

Media.az bu barədə Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya, Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rus və belarus hərbi-siyasi analitiki Aleksandr Tixanovski və rus hərbi eksperti Aleksandr Xramçıxinlə söhbət edib.

Vaxtanq Maisaya:

- Gürcüstanda təmas xəttindəki vəziyyətin gərginləşməsindən olduqca narahatdırlar. Biz Azərbaycan xalqına dözüm və tezliklə sülhə nail olmasını diləyirik.

- Bəs hərbi əməliyyatlar Azərbaycanın ərazisində gedirsə, Ermənistan KTMT-yə müraciət edə bilərmi?

- Əlbəttə ki, yox. Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü bəndində nə deyilir? Söhbət təcavüz və suverenlik təhdidindən gedir, yalnız bu halda müdaxilə etmək mümkündür. Lakin heç kim Ermənistanın ərazisinə hücum etməyib. Hərbi əməliyyatlar Ermənistanın ərazisində aparılarsa, KTMT müdaxilə edə bilər. İşğal olunmuş Azərbaycan əraziləri Azərbaycanındır, bu səbəbdən KTMT heç bir halda müdaxilə edə bilməz.

- Müşahidəçilərin diqqət yetirdiyi daha bir məqam da var. İşğal olunmuş Qarabağdakı hərbi texnikanın yaşayış məntəqələrinə necə köçürüldüyünü göstərən ermənilərə xas bir neçə videomaterial var...

- Bu, təəssüf ki, yeni bir müharibə növüdür. İstənilən texnikanı məhv edə biləcək yüksək dəqiqlikli silahlar mövcuddur. Lakin həmin silahlar yaşayış məntəqələri arasında gizlədildikdə, xüsusilə şəhər döyüşü şəraitində bunu etmək daha çətindir. Yəni, həmin silahları mülki şəxslər örtməli olur.

Aleksandr Tixanovski:

- KTMT, əlbəttə ki, yalnız siyasi bəyanatlarla, hər iki tərəfi müharibəni dayandırmağa çağırmaqla məhdudlaşacaq. KTMT neytral mövqe tutacaq.

Aleksandr Xramçıxin:

- KTMT-nin müdaxiləsi yalnız o zaman mümkündür ki, hərbi əməliyyatlar zamanı Ermənistan ərazisi daha çox təsirə məruz qalsın. Əks təqdirdə, bu mümkün deyil.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri