28 
Sen
2020
14:12
533
61
11090
Virtual karabakh

Gənclər və İdman Nazirliyi bəyanat yaydı

Sentyabrın 27-də saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. 

Bu barədə Gənclər və İdman Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dərhal genişmiqyaslı əks hücum əməliyyatlarına başlayıb. Düşmən qısa müddət ərzində layiqli cavabını alaraq, böyük itkilər verib.

Azərbaycan ordusu yeddi kəndimizi, Murov dağı silsiləsindəki Murov zirvəsi və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyi işğalçı qüvvələrdən təmizləyib.  

Ordumuzun zəfərlərindən qürur duyaraq, uzun illərdir bütün sahələrdə aktiv iştirak edən gənclərimiz, saysız-hesabsız beynəlxalq yarışlarda qələbələr qazanıblar, bayrağımızı yüksəldərək himnimizi səsləndirən idmançılarımız adından hər zaman olduğu kimi Prezdient İlham Əliyevin siyasətini dəstəklədiklərini bildiriblər.

Qeyd olunub ki, hər bir gəncimiz, yaşından asılı olmayaraq idman ictimaiyyətinin hər bir üzvü Ali Baş Komandanın ətrafında sıx birləşib. İstənilən an ordumuza qoşulmağa, ön cəbhədə döyüşməyə hazırdır.

Ali Baş komandanın bu sözləri hər bir azərbaycanlının hədəfi, amalı, arzusudur:

“Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri