29 
Sen
2020
10:12
96
697
7717
Virtual karabakh

İngiltərə və Kanada Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə münasibət bildirdilər

29 Sen, 2020
10:12
7717

İngiltərə və Kanada Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə münasibət bildirdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Xarici İşlər naziri Dominik Raab və kanadalı həmkarı Fransua-Filip Şampan Dağlıq Qarabağdakı vəziyyətdən narahatdırlar və tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıblar.

RİA Novosti xəbər verir ki, bu barədə nazirlərin birgə açıqlamasında deyilir.

“Kanada və Böyük Britaniya Dağlıq Qarabağdakı münaqişə zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatların baş verməsi barədə xəbərlərdən çox narahatdırlar. Yaşayış məntəqələrinin atəşə tutulması və mülki şəxslərin tələf olması barədə məlumatlar ciddi narahatlıq doğurur. Hərbi əməliyyatların dərhal dayandırılmasına, atəşkəs rejiminə əməl olunmasına və mülki əhalinin müdafiəsinə çağırırıq”, - deyə Böyük Britaniya hökumətinin internet saytındakı press-relizdə bildirilir.

Həmçinin D.Raab və F.Şampan münaqişənin istənilən həll yolunu “zorakılıq olmadan”, tərəfləri münaqişəni “ATƏT-in Minsk prosesi çərçivəsində sülh yolu ilə razılaşdırılmış qaydada etməyə” çağırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri