29 
Sen
2020
16:36
589
80
2884
Virtual karabakh

Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin sədri arasında telefon danışığı olub

29 Sen, 2020
16:36
2884

Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin sədri arasında telefon danışığı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin sədri Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin arasında telefon danışığı olub.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı Ermənistan tərəfindən cəbhə xəttində törədilmiş hərbi təxribatlar müzakirə olunub. Milli Məclisin sədri deyib ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə məskunlaşan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmiş təxribatdır. Sahibə Qafarova həmçinin, Azərbaycan Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq etdiyini bildirib. Hazırda isə Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

“BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atıb. Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir”, - deyə Sahibə Qafarova qeyd edib. 

Telefon danışığı zamanı spikerlər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri