30 
Sen
2020
13:29
339
111
1468
Virtual karabakh

Milli Məclisin deputatları Qırğızıstanda parlament seçkilərini izləyəcək

Deputatlarımız Qırğızıstanda Parlament seçkilərini müşahidə edəcəklər 

Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Milli Məclisin bir qrup deputatı Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 1-də Bişkek şəhərinə səfər edəcək. Deputatlar Rauf Əliyev və Mixail Zabelin Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının, Musa Quliyev və Nizami Cəfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Kamran Bayramov və Mahir Abbaszadə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Milli Məclisin üzvləri bir sıra seçki məntəqələrində olacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər. Səfər oktyabrın 7-də başa çatacaq.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri