30 
Sen
2020
15:31
110
465
4968
Virtual karabakh

Asim Mollazadə: “Bakı şəhərində tikinti ilə bağlı problemlər yaranıb, şirkətlər öhdəliklərdən yayınırlar”

30 Sen, 2020
15:31
4968

Asim Mollazadə: “Bakı şəhərində tikinti ilə bağlı problemlər yaranıb, şirkətlər öhdəliklərdən yayınırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində tikinti ilə bağlı müəyyən problemlər yaranıb. Belə ki, bir neçə yerdə vətəndaşların köçürülməsində çətinliklər olur.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Asim Mollazadə deyib.

O bildirib ki, tikinti şirkətləri bəzi hallarda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:

“Məsələn, bir layihə razılaşdırılır, sonradan isə layihə dəyişdirilir. Bizim rayonda üç ildən artıqdır ki, tikinti dayanıb. İnşa ərazilərində kimlərisə köçürə bilmirlər. Məhkəmə prosesləri illərlə uzanır. Bu, vətəndaşların çox ciddi narazılığına səbəb olur. Bununla bağlı bir neçə dəfə Bakı şəhər, rayon rəhbərliyinə müraciət etmişəm”.

Deputat bildirib ki, bu məsələ ilə bağlı qanunvericlikdə dəyişiklik olmalıdır:

“Qanunvericliyə dəyişiklik edilərək həm vətəndaşların mülkiyyət hüquqları müdafiə edilməli, həm də dövlətin həyata keçirdiyi layihələrin qarşısı alınmamalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri