30 
Sen
2020
16:48
1336
49
5078
Virtual karabakh

Lev Spivak: "İsraildə Azərbaycana uğurlar arzulayırlar!"

İsraildə Qarabağdakı təmas xəttində baş verənlər diqqətlə izlənilir.

Azərbaycandan olan bütün mühacirlərin, onlar əsas etibarı ilə yəhudilərdir, reaksiyası bir olub:

“Nəhayət ki!”

İsrail-Azərbaycan Beynəlxalq “Azİz” Birliyinin baş direktoru Lev Spivak Media.az-a müsahibəsində belə deyib.

Onun sözlərinə görə, İsraildə, ümumiyyətlə, baş verənlərin mahiyyətini anlayırlar:

“Hər birimiz çox ümid edirik ki, indi Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və bu məsələni birdəfəlik bağlaması mümkün olacaq”.

“Qarşı tərəfə hücumdan başqa bir seçim yoxdur. Bütün bu ATƏT-in Minsk qrupları, BMT Təhlükəsizlik şuraları və digərləri ölü quş kimidir. BMT-nin dörd qətnaməsi var idi, erməni tərəfi onlara əməl etməyib və Ermənistana heç bir təzyiq olmayıb. Artıq bu münaqişənin 30 ilidir! Buna görə məsələnin başqa bir həll yolunu görmürəm (hərbi qərar xaricində - red.). İsrail Azərbaycana uğurlar arzulayır. Ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək”, - deyə Lev Spivak qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri