30 
Sen
2020
21:33
176
3074
10910
Virtual karabakh

Lavrov Moskvada Azərbaycan və Ermənistan görüşünü təşkil etməyi təklif edir

30 Sen, 2020
21:33
10910

Lavrov Moskvada Azərbaycan və Ermənistan görüşünü təşkil etməyi təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan tərəfinin Moskvada görüşünü təşkil etməyə hazırdırlar.

“Sputnik” agentliyinin məlumatına görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefonla danışan rusiyalı nazir bildiirb ki, Dağlıq Qarabağdakı gərginliyə siyasi və diplomatik həll yolu tapılması üçün lazımı şərtləri təmin etmək üçün beynəlxalq səviyyədə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vasitəçilik səylərini davam etdirəcəklər.

Lavrov bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü də daxil olmaqla beynəlxalq təmasları Moskvada təşkil etməyə hazırdırlar. Dağlıq Qarabağda davam edən genişmiqyaslı hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini qeyd edən Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərini dərhal atəşkəs elan edilməsinə və tərəflərin qızışdırıcı çağırışlardan çəkinərək danışıqlar masasına geri dönməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri