Okt
2020
10:01
1170
40
4473
Virtual karabakh

Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

1 Okt, 2020
10:01
4473

Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın haqq işində təkcə xarici ölkələrdə yaşayan, qəlbi Vətənlə döyünən soydaşlarımız həmrəylik nümayiş etdirmir, ölkəmizə dost münasibəti bəsləyən xarici ekspertlər, tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər də öz dəstəklərini müxtəlif platformalardan ifadə edirlər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, onlar dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə çağırırlar. Bu münasibətlərin bəzilərini təqdim edirik.

Amerikalı jurnalist və analitik İrina Tsukerman:

“Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilib”.

Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib:

“1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan İrəvan rejiminin oğurladığını geri qaytarır.”

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab:

“Şübhəsiz Qarabağ Azərbaycandır….Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycanı birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər.”

Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb:

“Soyqırım, işğal və təcavüz.”

İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xəbərdar olmayan heç bir zaman bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib.

O bildirib ki, “Hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir”.

Həmçinin Dövlət Komitəsindən bildirilib ki, Yapon müğənni Kyoko Yamamoto facebook sosial şəbəkəsində Azərbaycana  münasibətini, sevgisini yazaraq ölkəmizə dəstək nümayiş etdirib.

“İlk dəfə Azərbaycana 2014-cü ildə getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. 2018-ci ildə yenidən Azərbaycana getdim və Heydər Əliyevin anım mərasimində iştirak etdim. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın...Yaşa, Yaşa, Azərbaycan!”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri