Okt
2020
13:21
1233
116
18816
Virtual karabakh

Döyülərək hakimiyyətə gələn “lider” - VİDEO

1 Okt, 2020
13:21
18816

Döyülərək hakimiyyətə gələn “lider” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkədə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Mənim addımım” hərəkatının lideri olaraq kütlə tərəfindən vəhşicəsinə döyülməyini əks etdirən videogörüntülər yer alıb. 

Görüntülərdən belə aydın olur ki, Ermənistanda çevriliş edərək, 26 gün içində hakimiyyətə gələn müxalifət lideri Nikol Paşinyanın nə xalq arasında, nə də diplomatlar yanında heç bir nüfuzu yoxdur. Təbii ki, belə də olmalıdır.

Əgər bir liderin hakimiyyətə gələn yolu döyülməkdən, qanının axıdılmasından keçirsə, hansı nüfuzdan söhbət gedə bilər? 

Paşinyanın döyülmək videosu qısa müddət ərzində sosial şəbəkələrdə sürətlə yayıldı və buna münasibətlər bildirildi. Görüntüləri izləyən əksər insanlarda haqlı olaraq bəzi suallar ortaya çıxdı. 

Yaxın keçmişdə elə öz xalqı tərəfindən təzyiqə məruz qalan bir şəxs indi dövlətin birinci şəxsi ola bilərmi və elə xalq tərəfindən qanı axıdılan bu şəxs xalqın təhlükəsizliyinə zəmanət verə bilərmi?

Axı cəmi iki il əvvəl özü şəxsən erməni milləti tərəfindən vəhşicəsinə döyülmüşdü. “Ot kökü üstdə bitər” deyib atalar. Döyülməyə vərdiş etmiş atanın oğlu Aşot Paşinyan da hərbi xidmətə yumruq zərbələri yeyərək başlayıb. 

İndi isə siz deyin. Özünə hörmət etməyən siyasətçi və lider xalqına hörmət edə bilərmi? Bəs xalqına hörmət etməyən lider özünə hörmət edə bilərmi? Hələ başqa dövləti və millətləri demirik.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri