Okt
2020
13:54
1034
33
18899
Virtual karabakh

Qazaxıstanın Azərbaycana qarşı silah tədarükünü təsəvvür etmək mümkün deyil - MÜSAHİBƏ

2 Okt, 2020
13:54
18899

Qazaxıstanın Azərbaycana qarşı silah tədarükünü təsəvvür etmək mümkün deyil - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır! Bizi təkcə strateji və müttəfiq münasibətlər deyil, daha çox şey bağlayır... 

Biz eyni mənəvi, mədəni, tarixi, dini platformada olan qardaş xalqlarıq, birliyimiz və qardaşlığımız qədim dövrlərdən qaynaqlanır. Buna görə də ən pis vəziyyətdə belə, Qazaxıstanın KTMT çərçivəsində öz öhdəliklərini yerinə yetirə biləcəyini və Azərbaycan xalqına qarşı qoşun və ya silah tədarükünü təsəvvür etmək mümkün deyil”. 

Bu barədə tanınmış qazaxıstanlı politoloq Aydos Sarım Media.Az-a açıqlama verib. 

“Bu günə qədər təklif olunan Dağlıq Qarabağ münaqişəsi tərəflərinin bütün “barışıq” formatları sadəcə “atəş açmayın!” olub. 

Mənə elə gəlir ki, “Minsk qrupu” deyilən qurum öz adını ləkələyib. Beləliklə, Qarabağ cəbhəsində vəziyyətin kəskinləşməsi təbii nəticədir”, - deyə A. Sarım söyləyib. Politoloq qeyd edib ki, münaqişənin hazırkı vəziyyətinin gərginləşməsi genişmiqyaslı müharibəyə keçmək təhlükəsi yaradır. 

“Bu gün pandemiya şəraitində beynəlxalq qurumların və mexanizmlərin fəaliyyəti zəifləyib, əsas oyunçuların münaqişəni dayandırmaq üçün nə gücü, nə istəyi, nə də təsirli mənbələri var. Yalnız hansısa ciddi itkilər siyasətçiləri sülh və mübahisəli ərazi mövzusunu müzakirə etməyə vadar edə biləcək. Qafqazdakı irili-xırdalı qarşıdurmaların hər zaman “böyük oyunun” mərkəzinə çevrildiyi və bir neçə geosiyasi oyunçunu öz orbitinə cəlb etdiyi də başa düşüləndir. Əlbəttə ki, münaqişənin kəskinləşməsi Aİİ-KTMT-nı xeyli sarsıdır. 

Ermənistan, hesab edirəm ki, KTMT-yə açıq şəkildə müraciət etməyəcək, çünki həqiqətən Rusiyadan başqa heç kimin ona ciddi kömək etməyəcəyini başa düşür. Lakin Kreml də, eyni zamanda başa düşür ki, Ermənistanın tərəfini tutaraq İrəvana silah tədarük etməklə, Rusiya Türkiyə ilə taktiki ittifaqı məhv edəcək”, - A. Sarım deyib. 

Onun fikrincə, beynəlxalq ictimaiyyət qan tökülməsinin qarşısını almaqda maraqlıdırsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını təmin edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə riayət etməsini məcbur etməlidir. 

“Beynəlxalq ictimaiyyətin daha az əhəmiyyət kəsb edən hadisələrə reaksiya verməsi və müəyyən ölkələrə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı nümunələr var. Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etmək, bəlkə də münaqişəni həll etmək üçün yeganə qeyri-hərbi yoldur”, - deyə politoloq fikrini yekunlaşdırıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri