Okt
2020
20:12
956
55
3805
Virtual karabakh

Nurlan Həsənov: “Makronun açıqlaması hüququn aliliyi, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür”

2 Okt, 2020
20:12
3805

Nurlan Həsənov: “Makronun açıqlaması hüququn aliliyi, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa prezidenti Emmanuel Makronun açıqlaması böyük təəssüf hissi yaradır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov Fransa prezidentinin son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı fikirlərini şərh edərkən deyib.

O bildirib ki, ortada BMT Təhlükəsizlik Şurasının bəyannamələri, hamılıqla tanınan beynəlxalq hüquq norma və prinsipləri var:

“Həmin hüquqi sənədlər isə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və Ermənistanın işğalçı dövlət olduğunu göstərir! O vaxt Fransa bu bəyannamələrin qəbul edilməsinə hətta dəstəyini bildirib! İndi nə dəyişib? Belə çıxır ki, Makron BMT Təhlükəsizlik Şurasının qətnamələrini, yəni ümumiyyətlə bu qurumu artıq heçə sayır! Bu, Fransanın ATƏT-in Minsk qrupunda həmsədr kimi obyektivliyini ciddi və açıq şəkildə sual altına salır!”

Deputat bildirib ki, münaqişənin indiyədək sülh yolu ilə həll edilə bilməməsinin səbəblərindən biri də elə məhz bu kimi qeyri-obyektiv yanaşmalar olub:

“Minsk qrupu indiyədək öz fəaliyyətini beynəlxalq hüquq normaları, hüququn aliliyi prinsipi ilə təşkil edə bilsəydi, münaqişə çoxdan həll olunar, regionda sülh bərqərar olardı! Beynəlxalq hüququ heçə sayan bir qurumdan obyektiv şəkildə sülhü təmin etməsini gözləmək nə dərəcədə doğru olar? Minsk qrupunda həmsədr olan ölkənin prezidenti nə üçün separatçılığı dəstəkləyir?

Makronun bu açıqlaması elə Avropa dəyərlərinə ziddir, hüququn aliliyinə, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür! Azərbaycan hər zaman sülh arzusunda olub, müharibəni, etnik qarşıdurmanı pisləyib. Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Çətin zamanlarda kim dost, kim düşməndir - daha yaxşı ayıra bilirik! Bu baxımdan qardaş Türkiyənin Azərbaycanın haqq mübarizəsində birmənalı, qarşılıqsız dəstəyini Azərbaycan xalqı heç vaxt unutmayacaq!”

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri