Okt
2020
12:36
65
1056
9548
Virtual karabakh

Erməni təxribatı nəticəsində ölənlərdən üçü uşaq olub - RƏSMİ

5 Okt, 2020
12:36
9548

Erməni təxribatı nəticəsində ölənlərdən üçü uşaq olub - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutulur. Mülki əhaliyə qarşı törədilən cinayətlər davam edir.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu günə olan son məlumata görə, mülki əhali arasında 5-i qadın, 3-ü uşaq olmaqla 24 nəfər mülki şəxs həlak olub:

“121 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 30-u qadın, 7-si uşaqdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri