Okt
2020
15:36
88
847
5148
Virtual karabakh

Bərdədə yeraltı qaz xətləri zədələnib: 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb

5 Okt, 2020
15:36
5148

Bərdədə yeraltı qaz xətləri zədələnib: 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-nin yaradılan qərargahından məlumat verilib. 

5 oktyabr tarixində səhər saatlarından etibarən cəbhənin təmas xəttində düşmənin Bərdə şəhərini atəşə tutması səbəbindən təhlükəsizlik tədbirləri nəzərə alınaraq saat 11:20-dan etibarən Bərdədə bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.

Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində baş vermiş dağıntılar və təhlükəsizlik tədbirləri nəzərə alınaraq, 04.10.2020-ci il tarixindən etibarən Gəncə şəhərinin Əziz Əliyev və Əli Nəzmi küçələrini təbii qazla təmin edən iki orta təzyiqli polietilen yeraltı qaz xətləri zədələnib və ümumilikdə 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb. Hazırda təmir işləri aparılır.

Onu da qeyd edək ki, “Azəriqaz” İB çətinliklərə baxmayaraq həyati əhəmiyyətli və strateji obyektlərin qaz təchizatını diqqətdə saxlayır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri