Okt
2020
11:01
823
32
7324
Virtual karabakh

Prezidentin köməkçisi: “Atəşkəs çağırışı ciddi bir siyasi mesajla müşayiət olunmalıdır”

7 Okt, 2020
11:01
7324

Prezidentin köməkçisi: “Atəşkəs çağırışı ciddi bir siyasi mesajla müşayiət olunmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il oktyabrın 5-də Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır” başlıqlı məqalə dərc edilib.

Məqalədə Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərinə yer verilib.

Müsahibə zamanı Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişənin zonasının genişlənməsi təhlükəsinin olduğunu xüsusilə vurğulayıb.

Eyni zamanda, o, Azərbaycanın su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də hədəfə alındığını bildirib.

Müsahibə zamanı H.Hacıyev Ermənistanın öz ərazilərindən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsinin münaqişəyə əlavə daha təhlükəli bir ölçü əlavə etdiyini vurğulayıb.

“Atəşkəs çağırışı, həmçinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair çağırış ciddi bir mesajla, ciddi bir siyasi mesajla müşayiət olunmalıdır”, - H.Hacıyev qeyd edib.

Eyni zamanda, o, Azərbaycan hərbçilərinin Xankəndi və onun ətrafındakı yalnız hərbi obyektləri hədəf aldığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri