Okt
2020
12:12
49
657
2387
Virtual karabakh

Deputat: “Ermənistan qadağan olan kaset bombalarından Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”

9 Okt, 2020
12:12
2387

Deputat: “Ermənistan qadağan olan kaset bombalarından Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin edilməsinə yönəlib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən brifinqdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov bildirib.

N.Səfərov deyib ki, bu əks-hücum beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir:

“Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə əsaslanır. Qətnamələrdən birinin qəbulu zamanı Riçordson bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

BMT Baş Assambleyası, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi bir çox qərar və qətnamələrdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Milli Məclis Sədri Sahibə Qafarovanın Rusiyada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşdə də bu mövqe bəyan edilib”.

Komitə üzvü qeyd edib ki, Azərbaycan Cenevrə Konvensiyasının tələblərinə riayət edir:

“Azərbaycan əks-hücum əməliyyatı zamanı mülki obyektlərin və mülki vətəndaşlarını hədəf seçmir. Ermənistan isə mülki vətəndaşları, o cümlədən, cəbhə xəttindən uzaqda yerləşən Gəncəni, Bərdəni, böyük su anbarının yerləşdiyi Mingəçeviri hədəf seçir. Mingəçevirdəki su anbarının vurulması bütün bölgəni təhlükə altına qoyar”.

N.Səfərov nəzərə çatdırıb ki, Ermənistanın qadağan olunmuş silahlardan, kaset bombalarından istifadə edir:

“Beynəlxalq hüquqa əsasən, kaset bombaları qadağandır. Azərbaycan və Ermənistan bununla əlaqədar konvensiyanın üzvü deyil, ancaq Cenevrə Konvensiyasında belə silahlardan istifadənin yolverilməz olduğu vurğulanır. Azərbaycan belə silahlardan istifadə etmir. Gəncə və Azərbaycanın digər yaşayış məntəqələri isə belə silahlardan atəşə tutulur”.

N.Səfərov deyib ki, BMT 1994-cü ildə əcnəbi muzdlu döyüşçülərdən istifadəyə qadağanı nəzərdə tutan Konvensiya qəbul edib və Azərbaycan 1997-ci ildə Azərbaycan bu Konvensiyaya qoşulub:

“Ermənistan bu Konvensiyanı imzalamayıb və ratifikasiya etməyib. Azərbaycan yüksək döyüş hazırlığına malik orduya malikdir. Azərbaycana əcnəbi muzdlular lazımdır? Ermənistanın işğal edilmiş ərazilərində Suriya və Livandan köçürülmüş insanları yerləşdirir, Azərbaycanın müşahidə peykləri də bunu qeydə alıb.

Kim istisna edə bilər ki, bu insanlardan döyüş əməliyyatlarından istifadə edilmir. Yüksək döyüş hazırlığı olan Orduya malik Azərbaycanın üçüncü ölkələrin vətəndaşlarından istifadə etməsi barədə hər hansı fakt yoxdur.

Digər tərəfdən, Azərbaycanın şəhərləri ərazisi tək işğal olunmuş ərazilərdən deyil, o cümlədən, Ermənistan ərazisindən raket atəşinə tutulur. Müasir dövrdə hərbi-kosmik vasitələrin köməyilə bunu asanlıqla aşkar etmək olar”.

N.Səfərov Azərbaycanın bu gün həm də anti-terror əməliyyatı apardığını vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri