Okt
2020
17:26
3810
106
23787
Virtual karabakh

İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi” - VİDEO

9 Okt, 2020
17:26
23787

İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələri münasibətilə xalqımızı təbrik edirəm”.

Bu barədə ölkə başçısı İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı məlumat verib.

Prezident İlham Əliyev işğaldan azad edilən kəndlərin adlarını sadalayıb:

“Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək, Gorazilli, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbədir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirlər.

Əməliyyat planları müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan ordusu döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə malikdir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri