17 
Okt
2020
09:57
1236
24
3208
Virtual karabakh

Türkiyə XİN: “Yunanıstan Qarabağda işğalçı Ermənistana dəstək verməkdən əl çəkməlidir”

17 Okt, 2020
09:57
3208

Türkiyə XİN: “Yunanıstan Qarabağda işğalçı Ermənistana dəstək verməkdən əl çəkməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Xarici İşlər nazirinin sözcüsü Hami Aksoy regionda  bütün problemlərin həllinin ortaq paydaşının Türkiyə, problemi yaradanlara, o cümlədən Qarabağdakı işğalçı Ermənistana dəstək verənin isə Yunanıstan olduğunu deyərək, Afinanı türklərə qarşı düşmənçilikdən əl çəkməyə çağırıb.

Bu barədə Türkiyə XİN-in rəsmi saytında bəyanat dərc olunub.

Bəyanatda Yunanistan Xarici İşlər naziri Nikos Dendiasın Ermənistan ziyarəti zamanı dediyi sözlərin  və iddiaların Afinanın Ankara ilə münasibətlərində yaxşı qonşuluq, dialoq və əməkdaşlıq yerinə gərginlik və eskalasiya siyasətinə üstünlük verdiyinə yeni bir dəlil olduğu bildirilib.

“Bu iddialar tarixi həqiqətləri ört-basdır edə bilməyəcək. Yunanistan Anadoluda törədilmiş zülmü və bunun üçün təzminat ödəməli olduğunu unutmamalı, tarixi düzgün oxumalı və türklərə qarşı düşmənçilikdən əl çəkməlidir”, - deyə sənəddə bildirilib.

Bəyanatda Yunanıstanın regionda bütün problem yaradanları, o cümlədən Qarabağda işğalçı Ermənistanı dəstəklədiyi, Türkiyəyə qarşı fəaliyyət göstərən PKK, PYD, FETÖ daxil olmaqla  bütün terror təşkilatlara qapılarını açdığı vurğulanıb:

“Yunanistan Xarici İşlər nazirinin Dağlıq Qarabağda və ətrafındakı yeddi rayonda kimin işğalçı, kimin qurban olduğunu ayırd etməli və beynəlxalq ictimaiyyəti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çəkilməsini hökm edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, 28 ildir davam edən qanunsuz işğalını qınamağa da dəvət etməsi lazımdır”.

“Yunanıstan bu siyasətləri tərk etməli, Türkiyəni, regionun və dünyanın həqiqətlərini yaxşı oxumalıdır”, - deyə bəyanat yekunlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri