17 
Okt
2020
11:30
1652
38
11767
Virtual karabakh

İqor Korotçenko: “İrəvan çox təhlükəli oyun oynayır”

17 Okt, 2020
11:30
11767

İqor Korotçenko: “İrəvan çox təhlükəli oyun oynayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gecə vaxtı şəhərlərə kütləvi itki və dağıdıcılığa hədəflənən raket zərbələri nümayişkaranə hədə-qorxu aksiyasıdır. Bunun bəraəti yoxdur”.

Bunu Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində mülki yaşayış yerlərini raket atəşinə tutmasına şərh verərkən deyib.

Onun sözlərinə görə belə bir hücumda heç bir hərbi məqsədəuyğunluq yoxdur:

“Şəhərlərə raket zərbələri endirmək nəyə lazımdır? Bunda heç bir hərbi məqsədəuyğunluq yoxdur. İrəvan çox təhlükəli bir oyun oynayır. Əmri kim verib? Paşinyan? Ancaq o, özünü itirmiş kimi görünür... Tonoyan?”

İqor Korotçenko Vaşinqtonun bu məsələdə susqunluğundan da təəccüblü olduğunu bildirib:

“ABŞ-ın susması təəccüb doğurur, axı Paşinyan onların əlaltısıdır”, - deyə o, vurğulayıb.  

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri