17 
Okt
2020
15:10
1184
24
1907
Virtual karabakh

Ceyhun Bayramov Gəncə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə məlumat verib

17 Okt, 2020
15:10
1907

Ceyhun Bayramov Gəncə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə məlumat verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb.

Bununla bağlı Xarici işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ermənistan tərəfinin yenidən törətdiyi müharibə cinayəti və insanlıq əleyhinə cinayət nəticəsində azərbaycanlı mülki əhali arasında çoxsaylı itkilərin və yaralıların olması ilə əlaqədar qarşı tərəfə məlumat verib.

“Şiddətlə qınadığımız bu qanlı cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu qarşı tərəfin diqqətinə çatdırılıb”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri