20 
Okt
2020
11:43
599
12
1775
Virtual karabakh

TBMM sədri: “Dinc əhalini hədəf alan bu terror dövlətinə qarşı susulacaqmı?”

20 Okt, 2020
11:43
1775

TBMM sədri: “Dinc əhalini hədəf alan bu terror dövlətinə qarşı susulacaqmı?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu deyib və bunu sübut edib. Bəzi dövlətlər Ermənistana gizli şəkildə kömək etmək yerinə, ədalətli qərarın verilməsinə vəsilə olmalıdırlar”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan kimi quldur dövlət Moskvada qəbul edilən humanitar atəşkəs rejimi bəyannaməsini heçə sayaraq, sivil əhalini hədəf almağa davam edib:

“Ermənistan Azərbaycanın mülki əhalisini, obyektlərini hədəf aldı. Dinc əhalini hədəf alan bu terror dövlətinə qarşı susulacaqmı? Ermənistan artıq regionda təhlükə deməkdir. Ermənistana uzun illərdir qol-qanad gərən, günahsızları öldürən bu quldur dövlətə dəstək verənlər bir daha düşünməlidir.

Bu gün haqsızlığa göz yuman, oda-köz atanlar var. Ermənistana gizli şəkildə kömək etmək yerinə, ədalətli qərarın verilməsinə vəsilə olmalıdırlar.

Bu gün buna göz yumanlar gələcəkdə ağır nəticələrlə qarşılacaqlar. Hər kəs bilsin ki Ermənistan masada kimdən dəstək alırsa-alsın, Azərbaycan öz torpaqlarının hər bir qarışını terrorçu dövlətdən azad edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan daha 30 il səbr etməyəcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri