20 
Okt
2020
16:06
2419
25
3814
Virtual karabakh

Prezident: “Düşmənin başını yaran yumruğumuz bizim birliyimizdir, məqsədyönlü fəaliyyətdir”

20 Okt, 2020
16:06
3814

Prezident: “Düşmənin başını yaran yumruğumuz bizim birliyimizdir, məqsədyönlü fəaliyyətdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Status-kvonu biz dəyişdirdik, döyüş meydanında dəyişdik. Bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. İyirmi il biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar sadəcə olaraq kağızda qaldı”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib.

“Çünki siyasi iradə göstərilmədi. Bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi və mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”, - Prezident bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri