21 
Okt
2020
06:48
1259
21
2863
Virtual karabakh

Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə etdi

21 Okt, 2020
06:48
2863

Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peru Konqresinin ötən çağırış Xarici Əlaqələr daimi komissiyasının sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü, ölkənin nüfuzlu siyasətçilərdən olan Xuan Karlos del Agila Azərbaycanın Perudakı səfiri Məmməd Talıbova məktub ünvanlayaraq Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə dəstəyini ifadə edib.  

Bununla bağlı Azərbaycanın Perudakı Səfirliyi məlumat yayıb.

Məktubda Azərbaycanla həmrəy olduğunu qeyd edən X.K.Agila, Peru ictimaiyyətinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə, xüsusilə Gəncə şəhərinin dinc əhalisi və mülki infrastrukturuna qarşı apardığı məqsədyönlü və sistematik hücumları dərin narahatlıqla müşahidə etdiyini söyləyib və dinc sakinlərin həlak olmasından təəssüfləndiyini bildirib.

X.K.Agila 10 oktyabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada əldə olunmuş humanitar atəşkəs razılığına rəğmən Ermənistan ordusunun Azərbaycanla onun ərazisi daxilində hərbi qarşıdurmanı davam etdirdiyini qınayıb və Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn norma və prinsiplərini, eləcədə 1949-cu il Cenevrə Konvensiyasını açıq şəkildə pozduğunu qeyd edib. 

Sonda X.K.Agila dünya ictimaiyyətini regionda sülh və sabitliyin beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində bərpası üçün tədbirlər görməyə çağırdığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri